Ölkə prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Hüseynqulu Bağırovun Muxtar Babayevlə əvəzlənməsindən sonra bəzi kiçik neqativ hallarında aradan qaldırılacağına inamı yarandı. Əfsuslar olsun ki, Muxtar Babayevin qısa müddətdə təyin olunmasına baxmayaraq, artıq paytaxtda əsl yaşıllıq soyqırımına start verilib. Bəzi neqativ hallara rəğmən Hüseynqulu Bağırovun zamanında mətbuatın sorğusu 24 saat müddətində cavablandırılırdısa, Muxtar Babayevin iş prinsipi 24 saatı az qala 24 günə qədər uzadır.
Xatırladaq ki, paytaxtın əksər rayonlarda, əsasən Nizami, Xətai, Nəsimi, Binəqədi, Sabunçuda ağac soyqırımı “öz axarı ilə” davam edir. Lakin nə Ekologiya və Təbii Sərvətlər nazirliyinin, nə də yerli icra hakimiyyəti strukturlarının bu məsələ ilə bağlı narahatlıqları hiss olunmur. Bakı Şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Əlişah Rəcəbovun biganəliyi isə ümumiyyətlə açıq formada görünür. Belə ki, paytaxtda baş verənlərin sanki ona heç bir dəxli yoxdur. Əgər Hüseynqulu Bağırovun zamanında hətta bir budaq kəsən hüquqi və fiziki şəxsə yüksək rəqəmli cərimə tətbiq edilirdisə və həmin məbləğ dövlət büdcəsinə köçürülməsi təmin edilirdisə, Müxtar Babyevin təyinatından sonra həmin məbləğ yenə də tətbiq edilir, lakin hansısa nazirlik əməkdaşının cibinə. Əgər belə olmasa idi mətbuatın video və foto faktlarla təqdim etdiyi ağac soyqırımı ilə bağlı nazirlik, konkret olaraq Bakı Şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Əlişah Rəcəbov hüquqi işləmlərə başlayardı. Əlişah Rəcəbovun əməkdaşları tərəfində mətbuat sözün əsl mənasında oynadılır.
Belə ki, Əlişah Rəcəbovun işçiləri gah istirahətdə olduqlarını bəhanə edir, gah da, ağac soyqırımlarını icra edənlər haqqında yazılan protokolların çoxluğunu bəhanə gətirərək mətbuata qarşı süründürməçilk siyasətindən istifadə edirlər. Onu da qeyd edək ki, maraqlarını təmin edən şəxslərin adları və fəaliyyətləri haqqında nəinki mətbuata, o cümlədən öz müvafiq strukturlarına belə yalançı informasiyalar ötürürlər. Xatırladaq ki, paytaxtın Xətai rayonu, Cavanşir küçəsində fiziki şəxs Səfərəli Lalə Rüfət qızına məxsus ərazidə təbiətə ciddi ziyan vurulsa da, həmin şəxsə hər hansı cərimə tətbiq edilməyib. 8 ağac tikinti aparan şəxslər tərəfindən müxtəlif formada ziyan görsə də və həmin fakt nazirlik əməkdaşına təqdim edilsə də, hər hansı rəsmi tədbir bu günə qədər görülməyib. Əksinə nazirliyin müvafiq idarəsi Lalə xanımın qeyri-yaşayış sahəsinin tikiləcəyi əraziyə müsbət “rəy” belə veriblər. Onu da qeyd edək ki, rəy verən şəxslərin sayı 10 nəfərdən çoxdur. Nəsimi rayonunda isə MTK məhz sakinlərin gözləri qarşısında yaşıllığı məhv edir. ETSN-in qaynar xəttinə edilən zənglərə isə ənənəvi qaydada “operativ qrupu göndərəcəyik” cavabı verilir. Adəti üzrə “operativ qrup” gəlir. Öncə “xox” prinsipindən istifadə edən “orepativlər” məsələni də “opreativ”, lakin masa başında, “anlaşmalı” şəkildə “həll” edirlər. Oxucuların nəzərinə onu da çatdıraq ki, adı çəkilən operativ qrup ƏƏSMN-in sabiq rəhbəri Səlim Müslümovun yerli şöbələri kimi işləyirlər. Yəni 50+50 prinsipi. “Büdcə özü doldurmağın yolunu tapar, təki cibimiz dolsun” – tezisi hakim kəsilib yeni nazirin komandasına. Məsələ bununla da bitmir.
Paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində, Nizami rayonunda 8-ci km deyilən ərazidə, Binəqədi rayonu Biləcəri qəsəbəsində əvvələr isə guya adının Şeyx olduğu ekologiya əməkdaşları tərəfindən bildirilən İlham adlı şəxsin törətdiyi ağac qətliamı ilə bağlı ayrı – ayrı mətbuat nümayəndələri nazirliyin mətbuat xidmətinin rəhbəri İradə xanıma telefon açsalar da, MX rəhbəri Hüseynqulu Bağırovun kadrı olmasına rəğmən, artıq onun da iş rejimi fərqlidir. Yəni...
Mövzuya qayıdacağıq.