ayın gəlişi ilə rəngarəng görüntülərə səhnə olan çimərliklərə məşhur axını başlayıb.
Oxu.Az xəbər verir ki, onlar öz “Instagram” hesabında fotolar paylaşaraq “beach club”larda istirahətdə olduqlarını qeyd ediblər.
Həftəsonunun ilk iddialı geyimi isə aktrisa Pərvin Abıyevadan gəlib. Qara bikinisi ilə sosial mediada tənqid olunan aktrisa bunlara fikir verməyərək, paylaşımlarına davam edib.
Müğənni Nigar Camal isə ağ mayosu ilə diqqət mərkəzində olub. İstirahət üçün İstanbulu seçən ifaçının güpür pareosu isə izləyicilər tərəfindən çox bəyənilib.
[/center]
Bədən quruluşu ilə diqqət çəkən və çimərlik mövsümünü açan digər məşhurumuz isə sonuncu dəfə “Diriliş Ertuğrul” serialında rol alan aktrisa Könül Nağıyeva olub. O da istirahət üçün İstanbulu seçənlərdəndir.
Ağ xallı mayo seçimi edən Könülün qısa saçları isə ona ayrı bir gözəllik verib.