Bakıda 42 yaşlı qadın qardaşı tərəfindən öldürülüb.
AzBaku.info “Report”a istinadən xəbər verir ki, Yasamal rayonunda 1976-cı il təvəllüdlü Xanım Bayramova kirayə yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib.
Onu qətlə yetirən qardaşı, 1974-cü il təvəllüdlü Sədi Bayramov Xızı rayonunda saxlanılıb.
Fakt üzrə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.