Gömrük əməkdaşları tərəfindən 500 milyon dollarlıq qaçaqmalçılığın qarşısı alınıb.
AzBaku.org xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Xarici ticarət iştirakçılarının II Respublika Forumu”nda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, son iki ildə Dövlət Gömrük Komitəsində institusional islahatların fəaliyyət dairəsi genişləndirilib.
S.Mehdiyev bildirib ki, hazırda “Yaşıl Dəhliz” sisteminin iştirakçıları 505-ə çatıb:
“Bu ilin fevralın 1-dən fəaliyyətə başlamasına baxmayaraq, “Yaşıl Dəhliz” sisteminin iştirakçılarının sayı 505-ə, bu sistem üzrə dövriyyənin həcmi 8 milyard dollara çatıb. Məhz aparılan islahatlar nəticəsində dövlət büdcəsinə ödənilən vergi və rüsumlarln həcmi əlavə olaraq 2 milyard manata çatıb.
Məhz aparılan sağlamlaşdırma işləri nəticəsində gömrük əməkdaşları tərəfindən 500 milyon dollarlıq qaçaqmalçılığın qarşısı alınıb”.
(oxu az)