Ötən gün BakuNews.az-a telefon açan İmişli şəhər, Nəriman Nərimanov küçəsi ev №1-də yaşayan Səmədov Gülməmməd Səməndər oğlu əməkdaşımıza bildirdi ki, rayon polis şöbəsinin rəis müavini, polis polkovnik- leytenantı Habil Ağayevin böyrəyinin biri yoxdur.
- Mən Daxili İşlər naziri Ramil Usubova müraciət edirəm, əgər bir neçə il əvvəl mənim oğlumu öd kisəsi cərrahi yolla götürüldüyü üçün polis orqanlarına işə qəbul etmədikləri halda, hansı maraq Habil Ağayev kimi təkböyrəkli adamı hal-hazırkı vəzifəsində saxlayır? Xahiş edirəm komissiya təşkil edilsin və Habil Ağayevin bir böyrəyinin olub-olmaması faktı yoxlanılsın. Əgər Azərbaycan qanunları daxili işlər orqanlarına sağlam insanların qəbulunu nəzərdə tutursa, o halda Habil Ağayev nədən DİN sıralarından xaric edilmir? Yuxarıda qeyd etdiyim kimi iddialarım doğru olmazsa məni cinayət məsuliyyətinə cəlb etsinlər. Mənim onunla hər hansı münaqişəm yoxdur. O şəxs qonşum olduğu üçün mən bu faktı dəqiq bilirəm. Əslində fu faktı rayonda hər kəs bilir. Mən azad insanam və bu sirri geniş ictimaiyyətdən gizlətmək istəmirəm.
Polis Haqqında Azərbaycan Respublikasının Qanununda deyilir:
IV fəsil. Polisdə xidmət keçmənin əsasları
II. Polisdə xidmətə qəbul edilən şəxsin fiziki hazırlığı və sağlamlığı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır.
Göründüyü kimi rayon sakininin iddiası olduqca ciddi faktdır. Şəxs yalan danışdığı təqdirdə onu hansı məsuliyyətin gözləyəcəyinin də fərqindədir. İndi söz Daxil İşlər nazirliyinindir.
Mövzuya qayıdacağıq.
Redaksiya yazıda adı çəkilən müəssisələrin və şəxslərində mövqelərini dərc edə bilər.