Dünən "Yeni Çağ” Media Qrupunun rəhbəri, jurnalist Aqil Ələsgərin yoxa çıxdığı barədə məlumat yayılıb. Ailəsi jurnalistin naməlum şəxslər tərəfinfən oğurlandığını iddia edib.Mətbuat Şurasının sədri Əflatun Amaşov ötən gecə saatlarında Aqil Ələsgərlə bağlı məsələyə aydınlıq gətirməyə nail olub.
Bakunews.az unika.org-a istinadla xəbər verir ki, Əflatun Amaşov bu haqda sosial şəbəkədə belə yazıb:
"İş gününün sonuna doğru "Yeni çağ” saytının baş redaktoru Aqil Ələsgərin yaxınları tərəfindən zəng gəldi. Jurnalistlə əlaqə yaratmağın mümkünsüzlüyü bildirildi. Bütün əlaqədar qurumlarla təmaslar qurduq. Aldığımız ilkin məlumat bu oldu ki, Aqil Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Gec oldugundan məsul şəxslərlə əlaqə saxlamaq mümkün olmadı. Ancaq avqustun 1-də gündüz işimizi davam etdirəcəyik. İlk addım kimi Azərbaycan Mətbuat Şurası adından Daxili İşlər Nazirliyinə müraciət ünvanlayacağıq. Jurnalistin saxlanılma səbəbini aydınlaşdırmaq lazımdır. Əlbəttə, Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq. Ümumən məsələ diqqətimizdədir”.