DSMF-nin Şirvan şəhər şöbəsində Ali Məhkəmənin qərarı tanınmır –İDDİA

Haqsızlıqla üzləşmiş bir qrup Şirvan şəhər sakini ölkə mətbuatına müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Şirvan şəhər şöbəsində qarşılaşdıqları haqsızlıqlarla bağlı köməklik göstərilməsini xahiş edir.

Media vasitəsilə ölkəə başçısına müraciət edən sakinlər, güzəştli şərtlərlə pensiya məbləğinin ödənilməsiylə bağlı Ali məhkəmə qərarının icra olunmamasından narazılıq edirlər:


Müraciətdə deyilir:

Hörmətli ölkə rəhbərliyi, biz Şirvan şəhər sakinləri DSMF-nun Şirvan şəhər rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə süründürməçiliyə məruz qalmışıq. Bu sahədə mövcud olan qanunsuz hallar pik nöqtəyə çatıb və baş verənlərdən artıq cana doymuşuq, çünki bizi vətəndaş olaraq ciddiyə almırlar.

Belə ki, idarəyə yeni müdir təyin edilmiş Vidadi Nuralızadə, bizim güzəştli şərtlərlə yaşa görə əmək pensiyamızın dövlət tərəfindən təyin olunuş və həmin vaxtdan ödənilməyən pensiya məbləğinin hesablanmış məbləğin birdəfəyə ödəməkdən imtina edir.

DSMF-nin məkrli müdiri bunu onunla əsaslandırır ki, nazir Sahib Babayev tərəfindən belə bir göstəriş mövcuddur ki, güzəştli şərtlərlə yaşa görə təyin edilmiş və müvafiq vaxtdan bəri ödənilməyən pensiya məbləği ümumi şəkildə vətəndaşa verilə bilməz.
Bunu əlində əsas tutan qurum rəhbəri, bizə üümumi məbləğdən hər ay 100-200 manat pul verir. Bizsə məbləğin ümumilikdə ödənilməsini tələb edirik.
Baxmayaraq ki, hesablanmış məbləğin ümumi şəkildə bizə verilməsi həm apellyasiya, həm də ali məhkəmə tərəfindən qərarlaşdırılıb.
Artıq bir ilə yaxındır ki, get-gələ və süründürməçiliyə məruz qalmışıq. Hətta məsələylə bağlı ƏƏSMN-ə çoxsaylı müraciətlər etmişik, baxan yoxdur.

Qəbuledilməz fakt ondan ibarətdir ki, DSMF dövlət hesabına vəkil tutaraq vətəndaşları ali məhkəmələrə verir, vəkillərə sədf edilən vəsait havaya sovrulur. İdarə rəhbərliyi nazirlikdəki yaxınlarına arxalanaraq çoxlu sayda maliyyə maxinasiyaları və saxta işlər həyata keçirirlər.
Məhz bunun nəticəsidir ki, Şirvanda əhalinin sosial müdafiəsi sahəsində vəziyət dözül-məz həddə çatıb. Ay ərzində ƏƏSMN-ə yüzlərlə şikayət məktubları daxil olsa da, heç birinə baxılmır.
Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayev Şirvana səfər etdi. Bütün Şirvanlılar ümid etdik ki, nazirin gəlişi gündəmi dəyişəcək, lakin heç nə dəyişmədi. Bu isə cəzasızlıq şəraitində korrupsiyanın daha da çiçəklənməsinə yol açdı. Şəhər rəhbərliyi isə məsələdə müşahidəçi mövqeyində qalmaqdadır.
DSMF-nin Şirvan şəhər rəhbərliyi, şəhərdə düşünülmüş şəkildə ajiotay yaratmağa çalışır. Bu isə dövlətə xəyanət deməkdir!

Cənab Prezident!
Biz Şirvanlılar bu problemimizi, acınacaqlı vəziyyətimizi diqqətinizə çatdırmaqla Sizdən xahiş edirik ki, şikayətimizə qanunauyğun və ədalətli baxılmasının təmin olunmasında və və ədalətin zəfər çalması məqsədilə bizə köməklik göstərəsiniz.

Sizdən çox xahiş edirik,bu özbaşınalıqlara son qoyulsun.!

Ümid və arzularla, Sizdən nicat gözləyən Şirvan sakinləri:

Babayev Tahir
Abbaslı Bədəl
Həsənov Sərxan
Məmmədov Yaqub
Əliyev Yahya