İndoneziyada güclü zəlzələ baş verib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə Lombok adasında qeydə alınıb.
7 maqnituda gücündə olan zəlzələnin episentri Mataram şəhərindən şimal-şərqdədir. Yeraltı təkanın ocağı 10 km dərinlikdə olub.
Zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb. Çoxsaylı dağıntılar qeydə alınıb.
Hadisə nəticəsində yüzlərlə insan yaralanıb, onlarla adam itkin düşüb.