YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat yardım edəcək

Yeni Azərbaycan Partiyası koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Pespublikasının Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir.

YAP mətbuat xidmətinin məlumatına görə, partiyanın bütün strukturları bu ümumxalq mübarizəsundə iştiraka cəlb edilib, onlara müvafiq göstərişlər verilib.

Yeni Azərbaycan Partiyası Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin 19 mart tarixli Sərəncamı ilə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun yaradılmasını dünyanı lərzəyə salan qorxulu infeksiyanın qarşısının alınmasında mühüm addım hesab edərək, Fonda 200 min manat məbləğində vəsait ödəməyi qərara alır.

Bundan əlavə, partiyanın bütün yerli strukturlarına və üzvlərinə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na imkanları daxilində dəstək göstərmək tövsiyə olunub.