Azərbaycan ordusunun əsgəri şəhid olub -VİDEO

Azərbaycan Ordusunun əsgəri Dadaşov Kənan Həsrət oğlu cəbhənin Tərtər istiqamətində şəhid olub.

AzBaku.info xəbər verir ki, Dadaşov Kənan 12 aprel 2000-ci ildə Astara rayon Pəlikəş kəndində anadan olub.

Dəfndən olan videoda da göründüyü kimi yas mərasimində şəhidin hərbiçi yoldaşları, dövlət nümayəndələri və kənd camaatı iştirak edib. Şəhid Pəlikəş kənd qəbirstanlığında dəfn edilib.

Qeyd edək ki, şəhid Dadaşov Kənan evin tək oğlu idi.

Şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin.

Müdafiə Nazirliyi əsgər Dadaşov Kənan Həsrət oğlunun ölümü ilə bağlı heç bir məlumat yaymayıb.