Trampın Yaponiyaya səfəri başlayıb

ABŞ prezidenti Donald Tramp yoldaşı Melanya ilə Yaponiyaya səfər edib. AzBaku.info-nun apa-ya istinadən verdiyi xəbərə görə, səfər D.Trampın 13 gün davam edəcək Asiya turnesi çərçivəsində başlayıb. D.Trampın Vyetnam, Çin və Cənubi Koreyaya səfərləri nəzərdə tutulub.

Qeyd edək ki, Vyetnama səfəri çərçivəsində D.Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşü nəzərdə tutulub.