Əməkdar artist Zaurun verilişini yarımçıq tərk etdi - FOTO

Dünənn "5/5" verilişinin növbəti buraxlışında efir məkanında nadir hadisələrdən biri yaşanıb.

Milli.Az xəbər verir ki, Zaur Kamalın aparıcılığını etdiyi verilişin "Elçilik" rubrikasının anonsu gedərkən əməkdar artist Elnarə Abdullayeva və gənc aktyor Əlibəy verilişin bitməsinə 15 dəqiqədən çox vaxt qalsa da gözləməyiblər.

Anonsdan sonra canlı efirə qayıdan Zaur studiyanı boş görən tamaşaçılara qonaqlarının getdiyini bu sözlərlə bildirib:

"Qonaqlarımızı göndərdik getdilər. Elnarə xanım getdi, Əlibəy tədbirə gedəcəkdi deyə getdi. Mənə qalan sonda yenə Aqşindir".

Qeyd edək ki, veriliş boyu xanəndə xanımla Zaurun sözünün tez-tez çəp gəldiyi diqqətdən qaçmayıb.

Məhəmməd Vaqif
Əməkdar artist Zaurun verilişini yarımçıq tərk etdi - FOTO
Əməkdar artist Zaurun verilişini yarımçıq tərk etdi - FOTO
Əməkdar artist Zaurun verilişini yarımçıq tərk etdi - FOTO