Rusiya təmsilçisi kimi qeyd edə bilərəm ki, KTMT-nın aparıcı üzvü olan Rusiya Azərbaycan kimi güclü və etibarlı bir ölkənin quruma üzv olma imkanını alqışlayır.
Bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) mümkün üzvlüyü məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda özünün etibarlı tərəfdaş olduğunu sübut edib: "Azərbaycan günü-gündən regionun sabitliyinə, burada gedən dinc proseslərə təsir edir".
Ermənistan tərəfinin Azərbaycanın KTMT-ya üzvlüyünə veto qoyacağına dair səsləndirdiyi bəyanatı şərh edən Dmitri Savelyev qeyd edib ki, bu cür bəyanatlar qurum daxilində sabitliyə təsir edir: "Biz Rusiya olaraq Azərbaycanın quruma üzv olması məsələsində israrçı mövqe tutacağıq. Şübhəsiz ki, Azərbaycanın quruma üzv olmasının tərəfdarıyıq"./publika.az