Avropa Liqasının qrup mərhələsinin 3-cü turundan sonra statistik göstəricilər açıqlanıb.
"Qafqazinfo" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın üzvü Qara Qarayev 3 turdan sonra ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında 5-ci pillədə qərarlaşıb. Onun 212 ötürməsindən 195-i (92 faiz) dəqiq olub.
Siyahıya isə "Çelsi"nin futbolçusu Sesk Fabreqas liderlik edir. İspan yarımmüdafiəçinin 283 ötürməsindən 262-si dəqiq alınıb.