Oktyabrın 30-na keçən gecə Sabunçu rayonu Balaxanı qəsəbəsi Milli Ordu küçəsində yerləşən taxta sexində yanmış meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.
Publika.az-ın əldə etdiyi məlumata görə ümumi sahəsi 1000 kv.m olan tikilinin istirahət otağının yanması nəticəsində kəskin kömürləşməyə məruz meyiti tapılan şəxsin 1984-cü il təvəllüdlü Məmmədov Emil Elman oğlu olması müəyyənləşib.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda davam etdiriləcək.