Milli Məclisin növbəti iclasının gündəliyi müəyyənləşib

Milli Məclisin növbəti plenar iclası noyabrın 14-də keçiriləcək.

AzBaku.info-nun məlumatına görə, iclasının gündəliyinə 30 məsələ daxildir. Bunlar Vergi, İnzibati Xətalar, Cinayət, Mülki məcəllələrə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Notariat haqqında”, “Prokurorluq haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişikliklər və sair məsələlərdir.