Milli Məclisin deputatı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə ala və təklif edə bilməz".
Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” yeni 10.1-1-ci maddə təklif edilir.
məsələ ilə əlaqədar Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli Demokrat.Az-a açıqlamasında bildirib ki, sözügedən məsələ Milli Məclisin növbəti iclaslarında müzakirə olunacaq:
"Deputatların hədiyyə alması ilə bağlı məsələ dünyada gedən prosesdir. Əgər biz baxsaq görərik ki, Avropa İttifaqında, beynəlxalq təşkilatlarda və Avropa ölkələrində olan parlamentarilərlə bağlı buna bənzər məsələlər mövcuddur. Biz beynəlxalq hüquq və normalara qoşulduğumuz üçün Azərbaycanda da müəyyən normalar müəyyən edilir. Bu normalara da əməl etmək lazımdır. Çünki bu dünyada mövcud olan normalardır. Bilirsiniz, bu yaxınlarda deyirdilər ki, guya Avropa İttifaqı parlamentarilərinə Azərbaycanda kürü veriblər və sairə. Amma bütövlükdə bütün bunlar əsası olmayan, sübut edilməyən söz-söhbətlərdir. Bütün hallarda normalar və normativlər var. Həmin normaları biz də öz hüquqi bazamıza uyğunlaşdırırıq”.
Komitə sədri indiyədək heç zaman hədiyyə almadığını da söyləyib:
"Ömrümdə mənə millət vəkili kimi hədiyyə verilməyib. Artıq 30 ildir ki, Parlamentdəyəm, amma indiyədək millət vəkili kimi hədiyyə almamışam. Mənə hədiyyəni yalnız övladlarım verib”.