Dünya çempionu həbs edildi

İtaliya millisinin sabiq üzvü Vinçenzo Yakinta həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb onun qanunsuz şəkildə odlu silah gəzdirməsi olub. 38 yaşlı futbolçu 2 illik cəza alıb.

Yakintanın atası isə 19 il azadlıqdan məhrum olub. O, cinayətkar dəstənin üzvü olduğu üçün həbs edilib.

Qeyd edək ki, Yakinta 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub. 2012-ci ildə karyerasını başa vuran forvard "Udineze" və "Yuventus"da karyerasının gözəl çağlarını keçirib.