“Bizim penitensiar müəssisələrmizdə şərait biabırçı vəziyyətdədir”.
Goldnews.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan hökumətin noyabrın 1-də keçirilən iclasında bildirib.
“Penitensiar müəssisələrdə kameralarda şərait, binanın vəziyyəti, məişət durumu çox pis haldadır”, – o vurğulayıb.
İclasda məhbusların köçürülməsi zamanı qohumları ilə ünsiyyətin nəzərə alınması barədə qərar da qəbul edilib.