Zakir Fərəcov blokların təmirini hansı liseylərin boynuna qoyub? – Cinayət dosyesi/Siyahı

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun “blok əməliyyatı”nın detallarını öyrənmişik.

Reportyor.info-ya verilən məlumata görə, İH-dən gələn təlimat əsasında təhsil ocaqları binaların bloklarında təmir xərclərini ödəməlidir.
Hər liseyə 6 blok düşür
Sumqayıt gimnaziyası 6 blok, “İstedad” liseyi 6 blok, Texniki və təbiət elmləri üzrə lisey 6, “Təfəkkür” 6 blok öz vəsaiti hesabına təmir etməlidir.Eyni zamanda bağçalar 4 blokları təmirə etməlidir. Bu, Z.Fərəcovun ilk belə göstərişi deyil.
Ötən tədris ilində məktəblər 3 min manatdan Sumqayıt bulvarının yenidənqurulması üçün vermişdilər.
Ümumiyyətlə, Sumqayıtda binaların bloklarının təmiri iki ildir ki, həkimlərə və müəllimlərə həvalə olunub. Nəticədə şəhər büdcəsindən ayrılan vəsaitlər mənimsənilir.
Hərçənd ki, 13 oktyabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 3,7 milyon manat ayrılmışdı.

15 dekabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün 5 milyon manat pul ayrılmışdı.

03 mart 2016-cı ildə Prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrılmışdı.



Bu küçələrin təmir pulu necə yeyilib? – Adlar



Sumqayıt ŞİH-nin rəsmi saytında yazılıb ki, Şəhər icra hakimiyyətinin yaxından köməyi və dəstəyi ilə 2095 nəfər işlə təmin edilmiş, 36 nəfərə işsizlik müavinəti təyin edilmişdir.

Ancaq bu faktlar təsdiqlənmir. Hesabat dövründə şəhərin küçə və yollarının əsaslı və cari təmiri sahə¬sində müəyyən işlər görülüb.

İsmət Qayıbov, Babək, Ərşad Kərimov, Cəfər Cabbarlı, Kamran Hüseynov, Kimyaçılar küçələrində 105 min kvadratmetr, 2, 3, 6, 9-cu mikrorayonların, 41a, 41-ci və s. məhəllələrin ərazilərində 62 min kvadratmetr olmaqla, ümumilikdə 200 min kvadratmetrdən çox asfalt örtüyü döşənmiş, 15 min pm beton bardür dəyişdirilib.
Bu işlər görülərkən ayrılan vəsaitlərdən nə qədər xərclənib açıqlanmır və ciddi yeyintilərə yol verildiyi deyilir.
Şəhərin 9, 10, 11, 12, 13-cü mikrorayonlarında 60 yaşayış binasında dam örtüyünün metal-kirəmitlə əvəz edilməsi işləri başa çatdırılmış, 40 binada isə işlər davam etdirildiyi rəsmi məlumatda qeyd olunub.
Ancaq Z.Fərəcovun bu işləri həyata keçirməsini əks etdirən fotolar yoxdur, işlər alabula görülüb, vəsaitlərin smetası şişirdilib.
Fərəcov Bakı meri niyə ola bilmədi?
Bu cür fəaliyyəti “prinsipi” heç şübhəsiz ki, siyasi rəhbərliyin nəzərindən qaçmayıb və Z.Fərəcovun Bakı meri olmaq şansının üstündən xətt çəkilməsi də dolayısı ilə bununla bağlıdır.
Vaxtilə iş adamı Müqayis Verdiyev bildirmişdi: “Zakir Fərəcov 16 nəfər iş adamının 2 milyon 100 min manat pulunu da qaytarmır.
Həmin iş adamlarının bəziləri bu borc üzündən işlərini və evlərini, mülklərini itiriblər, dost-tanış arasına çıxa bilmirlər.
Əlləri hər yerdən üzülən bəzi iş adamları isə tələblərinin yerinə yetirilməsi üçün canlarına qəsd edərək aclıq aksiyası keçirirlər.
Zakir Fərəcov blokların təmirini hansı liseylərin boynuna qoyub? – Cinayət dosyesi/Siyahı

Dövlət büdcəsindən və prezidentin Ehtiyat Fondundan Sumqayıt şəhərinin abadlaşması üçün ayrılan pullar isə naməlum istiqamətə xərclənir, mənimsənilir. Zakir Fərəcovun ailə üzvlərinin evlərinin, mülklərinin tikilməsinə və təmir olunmasına xərclənir.

O bildirmişdi ki, bu işləri vaxtında və yüksək səviyyədə yerinə yetirsək, prezident onu Bakı şəhərinə “mer” təyin edəcək. O da mənə vəzifə, torpaq, mülk, maşın hədiyyə edəcəyini bildirdi.

Mən “heç nə lazım deyil, yalnız görülən işlərlə bağlı vəsaitlər vaxtlı- vaxtında ödənsin” dedim”. Buyurun, hər şey göz qabağındadır. Uydurmalar deyil.



Fərəcov və qaynı Qarabağ əlillərini üsyana qaldırır…



Z.Fərəcov təkcə liseyləri, iş adamlarını borca-xərcə salmayıb. Bu günlərdə Qarabağ əlilləri ondan şikayət edirdilər. Z.Fərəcovla qaynı onların başına oyun açır, rüşvət alırlar.

Onlar 1999-cu ildən Sumqayıt şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar.

2012-ci ildə Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən verilən sərəncamla əlaqədar maşınlarımızı dəyişib, müasir və iritutumlu “İSUZU” markalı 15 ədəd sərnişin daşıma avtomobili gətizdirmişik.

Qanuni olaraq “Sənan-2012” MMC-ni yaradaraq fəaliyyətə başlamışıq. 2016-cı ildə Sumqayıt şəhər İcra hakimiyyətinin nəzdində Sumqayıt Nəqliyyat MMC-nin sədri Xannı Rüstəmov vəzifəyə təyin olunduğu gündən bizim “qara günlərimiz” başladı.

Hər ay bizdən 4 000 (dörd min) manat rüşvət tələb edirdi. Sumqayıt şəhər İcra hakimiyyətinə rüşvətlə bağlı dəfələrlə müraciət etsək də müraciətimiz nəticəsiz qalmışdır. Biz də çarəsiz qalıb hər ay Xannı Rüstəmova tələb etdiyi 4 000 (dörd min) manat rüşvəti vermək məcburiyyətində qalırdıq.

2017-ci ilin iyun ayında rüşvətin məbləğini qaldırıb 10 000 (on min) manat etdi və biz də bu məbləği verə bilmədiyimizə görə firmanın fəaliyyətini dayandırdı.

Bizim məktubumuza cavab olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Mehriban Əliyevaya cavab verilmişdir ki, Qarabağ əlillərinə məxsus olan avtobuslar yeni xətt ilə təmin olunacaq.
Zakir Fərəcov blokların təmirini hansı liseylərin boynuna qoyub? – Cinayət dosyesi/Siyahı

Mehriban xanımın bizə göstərdiyi qayğıya baxmayaraq, Sumqayıt Nəqliyyat MMC-nin sədri Xannı Rüstəmov bizdən yeni xətt üçün 10 000 (on min) manat rüşvət aldı. Bizim etiraz etməyimizə baxmayaraq o bizə gedin kimə müraciət edirsiniz edin, pulu versəniz işləyəcəksiniz verməsəniz yox.

2018-ci ilin noyabr ayına kimi hər ay 6 350 (altı min üç yüz əlli) manat verib işlədik. 2018-ci ilin noyabr ayında aldığı 6 350 (altı min üç yüz əlli) manatla razılaşmayıb, bizdən 10 000 (on min) manat rüşvət tələb etdi.

Sumqayıt icra hakimiyyəti vitse-prezident Mehriban Əliyevaya məktubla bildirmişdir ki, Qarabağ əlillərinə məxsus olan avtobuslar yeni xətt ilə təmin olunub və işləyəcək”.



İcra başçısının adı keçən MTN və ölüm işləri…



Reportyor.info xatırladır ki, Baş prokurorun keçmiş birinci müavini, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli Sumqayıtın icra başçısı Zakir Fərəcovun əməlləri haqda silsilə yazılarla çıxış etmişdi.

Sitat: “Bir müddət öncə onun Novxanı ilə Sumqayıt arasında törətdiyi qoçuluq da çoxlarının yadından çıxmayıb.

Azərbaycanın vahid inzibati ərazi xəritəsinə uyğun olaraq bu iki məntəqə arasında, dənizkənarı hissədə Binəqədi rayonuna aid müəyyən sahə də mövcuddur.

Buna baxmayaraq, Novxanı ilə Sumqayıt ərazisinin dənizkənarı hissəsinin yanındakı çimərlik ərazisini tam ələ keçirmək məqsədi ilə Z.Fərəcov burada “ Sumqayıt “ yazılan guşə yaratmış , bununla da Binəqədi rayon ərazisini faktiki zəbt etmişdir.



Əvvəllər, yəni, sovetlər dönəmində komsomolun birinci katibi olmuş, sonra isə Qobu qoyunçuluq sovxozunun direktoru işləmiş Balağa adlı şəxs də Z.Fərəcovun qəzəbinə tuş gəlmişdir.

Tələb edilən pulu vermək istəməyən Balağa şərlənərək həbs edilmiş, uzun müddət cəzaçəkmə müəssisəsində cəza çəkmiş, çıxdıqdan bir az sonra isə dünyasını dəyişmişdir.

3 avqust 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a belə bir məlumat daxil olmuşdur ki, dövlət xadiminin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə sui-qəsd etməyə cəhd, yəni, terror aktı törətmək istəyən Arif Aslanov və Məmmədhəsən Ağayev Azərbaycan Resğublikası Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmişlər.

İstintaq müəyyən etmişdir ki, Arif Aslanov Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin rayonlararası texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləmişdir.

Fəaliyyəti zamanı xidməti işləri ilə əlaqədar Abşeron rayon icra hakimiyyətinin başçısı Z.Fərəcovla aralarında ciddi narazılıqlar yaranmışdır.

İstintağın yazdığına əsasən, 2005-ci ilin noyabr ayının sonları- dekabr ayının əvvəllərində Z. Fərəcova sui-qəsd etmək qərarına gələn A.Aslanov tanışı M.Ağayevə bu barədə sifariş etmiş və 60 min ABŞ dolları vəd edərək avans kimi 40 min ABŞ dolları vermişdir.

Müəyyən hazırlıq işləri görən M.Ağayev əlavə daha 40 min ABŞ dolları tələb etmişdir. A.Aslanovun əlavə məbləğdə pul verməkdən imtina etməsi səbəbindən Z.Fərəcova qarşı terror aktı baş tutmamışdır.

Bu quldur dəstənin rəhbərliyi ilə Z.Fərəcovun əlaqələri ən yüksək səviyyədə olduğundan istintaq tərəfi ona müsbət münasibətini bir daha nümayiş etdirmişdir.

Məhz dağıdılmış nazirliyin rəhbəri , hüdudsuz cinayətlər törətmiş, bu gün də məsuliyyətdən kənarda qalmış E.Mahmudovun tapşırığı ilə A.Aslanova heç bir güzəşt edilməmiş, əksinə , əlavə maddələr də yükləməklə ona 11 il 3 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir.

Bu zaman onun ilk dəfə cinayət törətməyə cəhd etməsi, ailə vəziyyəti, eləcə də xəstəliyi nəzərə alınmamış, ömürlük gedər gəlməzə göndərilmişdir.

Çox keçmir, A.Aslanovun bir sıra xəstəlikləri, xüsusən də böyrək çatışmazlığı şiddətlənir, lakin, müalicəsinə lazımı şərait yaradılmır.

Vəziyyəti getdikcə ağırlaşdığından və müalicə müəssisəsində lazımı şərait olmadığından A.Aslanov həftədə 3 dəfə dializ olunmaq üçün Mərkəzi Neftçilər Xəstəxanasına aparılır.

A.Aslanovun səhhəti ağır olduğu halda, məhkəmə onun barəsində qanunsuz olaraq həbs qətimkan tədbiri seçir, faktiki onu işgəncəyə məruz qoyur , bununla da göz görə-görə ölümə məhkum edir.

Sözsüz ki, belə qəddar münasibətdə tifaqı dağıdılmış nazirlik rəhbərliyinin də xofu az rol oynamır. Beləliklə də vaxtında zəruri tibbi yardım ala bilməyən A.Aslanov çox keçmir ki, xəstəxanada dünyasını dəyişir.

Bu gün tam toxunulmaz hesab edilən Z.Fərəcovun saysız hesabsız qanunsuz əməllərindən birini də Bayram Şərifovla bağlıdır.

Xırdalan şəhərinin 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi olmuş Bayram Şərifov torpaq alınması məqsədi ilə vətəndaşlardan 200 min manat pul alaraq aidiyyatı ünvana çatdırır.

Müəyyən müddət keçsə də torpaq məsələsi həllini tapmır. Belə olduqda B.Şərifov bir neçə dəfə Z.Fərəcovun qəbulunda olur, məsələnin həll olunmasına cəhd edir. Sonradan dəfələrlə cəhd etsə də, başçı ilə görüşə nail ola bilmir.

Növbəti dəfə də başçı ilə görüşməyinə imkan verilmədikdə , o, əlacsız qalıb İcra hakimiyyətinin inzibati binasi ilə üzbəüz tərəfə keçərək özünə “ Vinçester “dən atəş açır, qarın nahiyyəsindən ağır yaralanır. Tam sağalmasa da, borcluların əlindən baş götürüb Almaniyaya qaçır.

Xırdalan parkının içərisində vaxtilə B.Şərifova məxsus olan kafe də artıq sökülmüş, yerində müasir tipli 3 mərtəbəli kafe tikilmişdir ki, bu obyektin də kimə qazanc gətirdiyi aydındır.

Bu detallar və faktlarla bağlı Sumqayıt ŞİH-nə zəng etsək də, bazar günü olduğu üçün cavab verilmədi. Rəsmi mövqeni dərc etməyə çalışacağıq.