Rusiyada hava limanına Fərman Salmanovun adı verildi

Rusiyanın Surqut hava limanına məşhur azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.

AzBaku.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb. F.Səlmanovun adı "Rusiyanın böyük adları" müsabiqəsində ən çox səs toplayıb.

Onun rəqibləri Yermak Timofeyeviçlə Aleksandr Flipenko olublar. Hava limanına namizədlərdən hər hansının adının verilməsi üçün şərt kimi 1000 səs toplanılması irəli sürülüb.


Müsabiqənin rəsmi nəticələri dekabrın 5-də açıqlanacaq.

Qeyd edək ki, Fərman Salmanov 1961-ci ildə Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf edib.