Azərbaycan respubliksanının təhsil sistemində bu günə qədər bəzi problemlər hələ də öz həllini tapmır. Orta məktəblərdən tutmuş ali məktəblərə qədər bir çoxunda bəzi əsas mövzular baxımından özbaşınalıq davam edir. Dövlət təhsil sisteminin yüksək səviyyədə inkişafı baxımından bir çox səylər göstərir və neqativ halların qarşısını almaqla bağlı tədbirlərini davam etdirir. Lakin gizlin şəkildə öz çirkab əməllərini məktəb direktorları, müəllimləri, universitet müəllimləri,dekanlar və prorektorları, o cümlədən də rektorları həyata keçirməyə çalışırlar. Onların özbaşınalığından ən çox əziyyət çəkən şəxslər valideynlər, şagirdlər və tələbələrdir. Orta məktəblərin bir çoxunda hələ də şagirdlərdən süpürgə pulu, fond pulu, təbaşir pulu, bayramlarda yığılan xüsusi pullar birbaşa direktorun şəxsi cibinə gedir. Min bir əziyyətlə qazandığı puldan direktor və onun kollektivini də dolandıran valideyn övladının təhsil alması üçün yuxarı dairələrə şikayət etmir. Məktəbin texniki problemlərinin də həlli yolunda şagirdlərdən əlavə pul tələb olunur. Bu kimi halların yaşandığı məktəblərdən biri də Sumqayıt şəhəri 9 nömrəli orta məktəbdir. Deməli video kadrlarda da göründüyü kimi məktəbin texniki işlərində çalışan Hüseynov Rafiq Hüseyn oğlu deyir ki, məktəbin pəncərələrinə dəmir barmaqlıqlarının vurulması ilə bağlı işi ona tapşırırlar. Hər otaq üçün 50 manat pul istəyən Hüseynov Rafiqlə direktor və müəllim kollektivi razılaşırlar. Müəllimlərə şagirdlərdən pul yığmaları üçün tapşırıq verən məktəb direktoru ona ilk iş üçün 100 manat pul verilir, hansı ki, həmin pullar şagirdlərdən yığılmışdır. Aldığı pula lazım olan materialı alan usta işə başladıqdan sonra növbəti material üçün müəllimlərə müraciət edir. Onlar da təxminən 100 manata yaxın pul yığıb ustaya verirlər. Növbəti pulu valideynin biri digər valideynlərdən yığaraq ustaya verdikdən sonra o, öz həyətində işləməyə davam etmişdir. Onun iddiasına görə məktəb direktoru onu dəfələrlə təhqir etmiş, hətta ərazi müfəttişini də bu məsələyə qoşaraq işin yerinə yetirilmədiyi ilə bağlı şikayət etmişdir. məsələnin maraqlı tərəfi burasıdır ki, məktəbin pəncərələrinə niyə dəmir barmaqlıqlar vurulur? DogruXeber.az informasiya agentliyin əməkdaşları qarşı tərəfin də fikirlərini öyrənmək üçün həmin məktəbə yollanıblar. Müxbirin verdiyi bir çox suallardan süni şəkildə yayınan direktor əvəzedici H.Abdullayeva mövzunu başqa səmtə yönləndirməyə çalışıb. Ona mühavizənin olduğu təqdirdə dəmir barmaqlıqların pəncərəyə nə üçün vurulmasının vacib olduğunu soruşduqda direktor əvəzedici məktəb ərazisinin böyük olduğunu və mühavizəçinin o ərazilərə baxa bilmədiyini qeyd etmişdir. etibarlı mənbələrdən aldığımız məlumatlara əsasən məktəbdə yuxarı sinif şagirdlərinin də dərsə olan davamiyyəti heç də qənaətbəxş deyil. Müəllimlər dərsə laqeyd şəkildə yanaşdıqları üçün şagirdlər repititorların yanına gedirlər. Lakin davamiyyətdə guya hər gün dərsə gəlirlərmişkimi qeyd olunur. Hətta bəzi şagirdlər var ki, adları sadəcə bu məktəbdə gedir. Etibarlı mənbələrin bizə bildirdiyi məlumata əsasən yuxarı sinfin məktəbdə adı gedən bəzi şagirdlərinin kilometrlərlə uzaqlıqda yaşadıqlarını qeyd edirlər. Yaşadıqları ərazidən adları gedən məktəbə qədər olan ərazidə 10-dan çox məktəb vardır. Deməli burdan belə nəticəyə gəlmək olur ki, yuxarı siniflər məktəbə gəlməsələr də müəyyən məbləğ qarşılığında ödəniş edərək dərsdən yayınmalarını həll edirlər. Bunu bir neçə vətəndaş da əməkdaşlarımıza qeyd edib. Məhz bu kimi amillər təhsilin inkişafına ciddi şəkildə mane olur və onun qarşısına keçilməz sədd çəkir.Ümumən təhsil nazirliyi hər il məktəblərə xüsusi vəsait ayırırsa o zaman şagirdlərdən pul yığılması hansı məntiqə əsaslanır? Dövlətin hesabına həll olunası məsələnin yükü niyə valideynlərin üzərinə düşür? Bəlkə məktəb rəhbərlərinin maddi marağı bütün bunlara səbəb olur? Inkişaf etməkdə olan dövlətin təhsil müəssisəsinin təmir xərcləri dövlət hesabına ödənilirsə bu pulları mənimsəyənlər niyə bu qədər rahat və sərbəstdirlər? Deməli hansısa səlahiyyətli şəxsə güvənirlər. Etibarlı mənbədən aldığımız informasiyaya əsasən H.Abdullayeva yaxın ətrafındakı insanlara təhsil nazirliyinin informasiya şöbəsinin aparıcı-məsləhətçi vəzifəsində çalışan Büllurə Hacızadənin adını qeyd edib və onu himayə edən məhz onun olduğunu qeyd edir. Araşdırmamız nəticəsində məlum oldu ki, B.Hacızadə Qazax rayonunun Aslanbəyli kəndindəndir. Yəni ki, direktor əvəzedici Həqiqət Abdullayevayla bir rayondan olduqları məlum olur.
Adı çəkilən şəxslərin mövqelərini dinləyib dərc etməyə hazırıq:
DogruXeber.az