Bakı-Quba yolunda TIR aşdı: nəqliyyatın hərəkətini iflic oldu - VİDEO

Faktla bağlı araşdırmalara başlanılıb

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi iki saata yaxın tıxac yaradıb. Avtosfer.az xəbər verir ki, A24.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Xızı rayonunun Yaşma kəndindən keçən hissəsində baş verib. Belə ki, Bakıdan Rusiyaya meyvə aparan “TIR” markalı yük avtomobili qəza törədərək yolun ortasında aşıb. Nəticədə magistral yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, yük avtomobilinə xeyli ziyan dəyib. Eyni zamanda, avtomobildə olan məhsulun bir hissəsinin yararsız hala düşdüyü bildirilir. Qeyd edək ki, hazırda əraziyə cəlb olunan Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün müvafiq işlər aparılır.

Faktla bağlı araşdırmalara başlanılıb.