Təhsil naziri Ceyhun Bayramova mətbuatın SOS siqnallı müraciəti - AUDİO SƏSYAZMA İLƏ...

Cənab nazir!

Artıq bir neçə həftədir ki, Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə, məhz direktor əvəzi Həqiqət Abdullayevanın müəllifi olduğu münaqişə ilə bağlı ölkə mətbuatı çoxsaylı məlumatlar, araşdırmalar dərc edib. Təəssüf doğuracaq haldır ki, rəhbərlik etdiyiniz nazirlik hətta şəhər prokurorluğu tərəfindən araşdırılmış məktəbdaxili münaqişəyə bir cümlə ilə belə münasibət bildirməyib. Və rəhbərlik etdiyiniz nazirlyin tabeliyində olan təhsil müəssisəsində baş verən münaqişəni nazirliyin sadəcə seyr etməsi başa düşülən deyil cənab nazir. Görəsən Təhsil nazirliynin bir direktor əvəzinə bu qədər “imkan” tanımasının səbəbi nədir?

Xatırladaq ki, Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor əvəzi olan Həqiqət Abdullayeva ilə onun müavini Təranə Nəsirova, müəllimələr Yeganə Hüseynova və Aytəkin Paşayeva arasında baş verən qarşıdurma ilə bağlı rəhbərlik etdiyiniz nazirliyin strukturlarından biri olan Daxili Nəzarət idarəsinə və 1 saylı Maliyyə Hesablama Mərkəzinə şikayət ərizəsi ilə müraciət edilib. Aldığımız məlumata görə müraciətdə qeyd edilənlər artıq öz təsdiqini tapıb. Yəni Həqiqət Abdullayevanın müvəqqəti rəhbərlik etdiyi məktəbdə Vüqar Abdullayev adlı müəllim dərsə gəlmədiyi halda aylardır ki, onun əmək haqqı kartına dövlət büdcəsindən 1800 azn (min səkkiz yüz manat) vəsait köçürülür və mənimsənilib. Digər tərəfdən adlarını aşağıda qeyd etdiyimiz və kamisiyaya məlum olub mediaya verilməyən şagirdlər müəyyən “razılaşmanın” nəticəsi olaraq “Kaspi” təhsil mərkəzinə getdikləri üçün dərs prosesində mütəmadi iştirak etmirlər.

1. İlknur Əlizadə - 10 c sinifi
2. Elşən Musayev – 10 c sinifi
3. Oruc Müslümzadə - 11 c sinifi
4. Xəqani Kərimli – 11 c sinifi
5. Rəşidə - 10 b sinifi
6. İsrail İsmayılov – 11 a sinifi
7. Türanə - 11 a sinifi

Həqiqət Abdullayevadan şikayət edən hər üç müəllimənin şikayətləri prokurorluqdan “gizli əl” vasitəsilə geri götüzrüldü. Həmin müəllimələrlə söhbət zamanı açıq deməsələr belə, üzərlərində təzyiq olduğu qorxa-qorxa danışıqlarından da aydın hiss edilirdi.

Cənab nazir!

Təhsil müəssisələri insan yetişdirən dövlət strukturlarıdır. Əgər bu qurumlarda qarşıdurma, principlərə xəyanət, məqsədlilik olarsa, o halda bu orqan necə kamil insan yetişdirə bilər? Göründüyü kimi Həqiqət Abdullayeva hələ direktor əvəzidir, hətta direktor belə deyil. Lakin bu gün onu müdafiə edən qüvvələr, Həqiqət Abdullayevanın qısa müddətdə bu qədər səhvlərinə və qanunsuz əməllərinə baxmayaraq, direktorların seçilməsi ilə bağlı nazirlyin təşkil etdiyi müsabiqəyə buraxılır. Törətdiyi əməlinin cəzasını deyil, mükafatını almaq ərəfəsindədir bu xanım. Elə isə etdiklərinin cəzasını almadan mükafatlandırılan bir dövlət görəvlisindən bundan sonra hansı ədaləti gözləmək olar? Görəsən nazirliyin bu insanları vəzifələrə təyin etməkdə məqsədi nədir? Bəyəm təşkilatdaxili qarşıdurmalar, şikayətlər inkişafa səbəb olur? Və ya “bir ölkəni məhv etmək üçün onun təhsildən başlamaq lazımdır” deyiminin Azərbaycan Respublikası Təhsil Nazirlyinə aidiyyatı yoxdurmu? Hadisələrin gedişi onu göstərir ki, bu xanım kimlər tərəfindənsə məqsədli müdafiə edilir. Axı müdafiə edilən şəxsin müsbət göstəriciləri olmalıdır cənab nazir. Ötən gün ölkə mətbuatı bu xanımın rəhbərlik etdiyi kollektivin üzərinə qadına, müəllimə, ziyalıya yaraşmayan hayqırtısının audio yazısını təqdim etdi oxuculara. Bu rəhbər davranışı deyil hörmətli Ceyhun Bayramov. Hər halda nə qədər gec deyilsə düşünmək lazımdır. Ölkə təhsili bir Həqiqət Abdullayevadan ibarət deyil. Laqeyidliyinizlə məhv etməyin ölkə təhsilini. Kimsə kiminsə dostu və yaxud nəyisə ola bilər. Kimsə kiminsə əlini nə məqsədləsə tuta bilər. Amma bunun ölkə təhsilinə aidiyyatı olmamalıdır. Düşünməyə dəyər.

Hörmətli Ceyhun Bayramov!
Bu günə qədər mediada səslənməyən yalnız sizə müraciətimiz zamanı məcburiyyətdən bunu diqqətinizə çatırmağı özümüzə boc bildiyimiz audio səsyazısını diqqətinizə çatırmaq istəyirik. Beləki 15.01.2019-cu il tarixində ölkənin Kütləvi İnformasiya Vasitələrində yayılmış xəbərin təsdiqi olan səsyazmanı sizlərə təqdim etməyi verəcəyiniz qərarın ədalətli olacağını inandığımız üçün ictimailəşdirmək qərarına gəldik.

T.Nəsirova yazır ki, məhkəmə keçmiş müavinlərin işə bərpasıyla bağlı qərar çıxarandan sonra hazırda direktor əvəzi olan Həqiqət Abdullayeva ona çağıraraq, "tapşırıq" verib:

"Bu zaman Həqiqət Abdullayeva məni çağırıb dedi ki, sən keçmiş direktor müavini ilə isti münasibət yarat, ona şər-böhtan at. Dedim ki, bu işi bacarmaram və etiraz etdim. Həmin gündən etibarən Həqiqət Abdullayeva mənə göz verib, işıq vermədi. Bu barədə Təhsil Nazirliyinə və prokurorluq orqanlarına müraciət etmşəm. Qeyd etmişəm ki, əgər mənim başima bir iş gəlsə, bütün məsuliyyət Həqiqət Abdullayevanın üstündə qalir. Bütün səlahiyyətli şəxslərdən acizanə surətdə xahiş edirəm ki, bu məsələyə ciddi baxılsın".
Bakunews.Az

Həmin səsyazmanı sizlərə təqdim edirik: ikinci dəqiqəyə diqqət edin tam olaraq yuxarıda göstərilən iddianı Həqiqət xanım etiraf edir! məsələdə Aynurə Abdullayevada Həqiqət Abdullayevanın katibəsidə iştirakçı olub.