Hər zaman obyektivliyimizi qoruyaraq sadə vətəndaşların haqqlarını müdafiəsini təmin etməklə yanaşı, onların hər hansı şikayətlərinin lazımi qurumlara çatdırılmasında sadəcə vasitəçi olmuşuq. Bu gün də eyni prinsiplə fəaliyyətimizi davam etdirməkdəyik. Qeyd etmək lazımdır ki, bəzi dövlət qulluqçularının vəsifəsindən də mülkü kimi istifadəsini ifşa etməkdən geri çəkilmədik. Bəzən insanlar ölkə rəhbərinin etimadını qazanmış nazirlərdən giley edir.
Amma əslində Nazirlər də yerli idarələrə təyin etdiyi şəxslərin törətdiyi əmələ görə hədəf seçilirlər. Yəni xalqın gözündə düşmən mövqeyində duranlara dönüşürlər. Bu gün bizim məqsədimiz hərənin öz əməlinə görə ittiham edilməsini təmin etməkdir. Bu gün Qaradağ rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsində baş verən qanunsuzluqlar artıq pik hədə çatıb. İlk öncə onu qeyd edək ki, Daxili İşlər Naziri cənab Ramil Usubovun müvafiq sərəncamı əsasında Qaradağ Polis Şöbəsində 7 nəfər əməkdaşla bağlı tədbirlər görülməsi tapşırılmışdı və görüldü də. Yeni təyinatda isə Vuqar Orucovun vəzifəyə gətirilməsindən sonra rayonda stabiliyin yaranacağına və ən əsası isə sürücülərlə bağlı qanunsuz addımların təkrar edilməyəcəyinə böyük ümidlər yaranmışdı.
Ümid edildiyi kimi də bir neçə ay bu sabiitlik qorundu, amma sevic hissləri uzaq getmədi. Əhalinin razı qalması göründüyü qədər şəffaf fəaliyyəti davamiyyətinə kölgə saldı. İmkansızı bəlkə də bacaran DYP rəisi dünəndən bu günə nəyin dəyişildiyinə göz yetirə bilibmi? Son dönəm Dövlət Yol Polis xidmətindən şikayətlərin ardı-arası kəsilmək bilmir. Hər bir qurduqları oyunları media ilə paylaşan sürücülər bu dəfə elə bir qurma oyunlardan danışdılar ki, eşidən inanmaq belə istəmir. Demək şərləmə mexanizmi belədir. Misal olaraq dövlət nömrə nişanı 99-YP-255 olan yol polisi maşınında olan heyətin sürücülərin başına açdığı oyundan danışaq. Ekipaj üzvləri “Binə”, “Sədərək” Ticarət Mərkəzinin, “Meyvəli”nin yanında yük maşınlarını saxladır. Sənədlər qaydasında olduqda sürücüyə deyirlər ki, niyə dayanma əmrinə əməl etmirsən. Şəxsi telefonla polis partrulu çağırılır, adını qoyurlar ki, polisə tabe olmayıb. Şöbədə sürücüdən 400-500 arası pul aldıqdan sonra buraxılır. Qeyd edək ki, daxili təlimatla bu ekipajlar Qaradağ rayonunun daxilində xidmət gösərməlidirlər. Onlar isə magistral yollarda sürücülərə divan tutmaqla məşğuldurlar.