İsrailin baş nazirindən İranla bağlı qalmaqallı açıqlama

İsrailin baş naziri Aviqdor Liberman İranla bağlı qalmaqallı bəyanat səsləndirib.

Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir ABŞ-a səfəri zamanı deyib ki, İran özünə bağlı minlərlə döyüşçüdən ibarət birləşmələri hava və dəniz bazalarında yerləşdirməklə Suriyanı yəhudi dövlətinə qarşı öz forpostuna çevirmək istəyir.

Amerikalı həmkarı Ceyms Mettislə görüşdə o, İranın qonşu ölkədə olmasını qəbuledilməz sayıb.

“İran və satelitlərinin sərhədlərimiz yaxınlığında ordu yığması halına dözməyəcəyik. Maraqlarımızı “qırmızı xət”lərimizlə ölçərək, maraqlarımız müdafiəsinə qalxacağıq” – Liberman belə deyib.