əbər verdiyimiz kimi, dünən Bərdə rayonunda “Qızıltac” şadlıq sarayının yanında iki körpə (8 aylıq, digərinin isə 2 yaşında) uşaq tapılıb. Uşaqlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, artıq uşaqların anası tapılıb.
Bu barədə Unikal.og-a Bərdə rayonun icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya məlumat verib.
O bildirib ki, azyaşlıların anası Qazax rayonunun Kəmərli kənd sakini Aslanova Yeganə Məhəmməd qızıdır. Hazırda Bərdə rayon Polis İdarəsinin əməkdaşları hadisənin səbəblərini araşdırır.