Qalib Salahzadənin oğlunun məhkəməsində zərərçəkmiş qərarını dəyişdi

Bu gün Nəsimi Rayon Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə təqsirləndirilən Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AzBaku.info Report-a istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiirlən prosesdə zərərçəkmiş Elbəy Mirzəliyev şikayət ərizəsini geri götürdüyünü deyib.

O, bununla bağlı məhkəməyə ərizə təqdim edəcəyini bildirib.

Daha sonra Ə.Salahzadənin vəkili vəsatət qaldırıb. O, müvəkkilinin barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Ə.Salahzadəyə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur.