Dələduzluqda təqsirləndirilən polis əməkdaşı məhkəmə zalında həbs olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı Neyman Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib. Hökmə əsasən, N. Kərimov 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.


Qeyd edək ki, N. Kərimov DİN-in Bakı Qarnizonunun əməkdaşı olub. O, son sözündə deyib ki, fəaliyyəti dayandırılan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin onunla qərəzi olub və E. Abdullayevin sifarişi ilə ona ittiham verilib.

İttihama görə, N. Kərimov polisə işə düzəltmək adı ilə dələduzluq edib.

N. Kərimov özünü ittiham üzrə təqsirli bilməyib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.