r

Bakıda 25 yaşlı oğlan 13-cü mərtəbədən yıxılaraq öldü

Binəqədi rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

AzBaku.org ONA-ya istinadla xəbərinə görə, hadisə 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 16 ünvanında baş verib.

25 yaşlı Həsənov Elvin Azad oğlu yaşadığı binanın 13-cü mərtəbəsindəki mənzilin eyvanından yıxılaraq ölüb. Hadisəni ilk görən binanın komendantı Elmixan Museyibov olub.

Şahid ONA-ya verdiyi müsahibəsində bildirib ki, E.Həsənov yıxılan zaman valideynləri toyda olub. Onlar hadisədən xəbər tutan kimi mənzilə gayıdıblar.

Azad Həsənov bildirib ki, oğlu evyanda paltar qurutmaq üçün asılan iplər söküldüyündən həmin ipləri bərkitmək üçün dəmirləri düzəldirmiş.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.