Baxış Nağıyevin Gədəbəydən göndərdiyi adamı Jurnalisti ölümlə hədələdi

«Azərbaycan» Nəşriyyatında insident yaşanıb. Bakunews.az xəbər verir ki, 16.01.2019-cu il tarixində «Azərbaycan» Nəşriyyatına dəvət edilən Arifə Əliyeva baş redaktoru olduğu saytda dərc edilən məqalədə şikayətçi 9 Yanvar 2019 –cu il tarixində Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevin və Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarovla bağlı “Yediyarovla bağlı yoxlama niyə donub? – təhsil şefinin villasında kef çəkdilər” başlıqlı yazı dərc edilmişdir. Dərc edilən məqalədə şikayətçi olaraq qeyd edilən Oktay Əliyev adı məhz bir dönəm media gündəmindən düşmək bilməyən şəxsə yönəlik şüpə doğurduğundan məhz həmin şəxsin üzərinə təzyiqlər həyata keçirilib. Təzyiq edən şəxs RTŞ müdiri Baxış Nağıyev olub. Daha sonra adı keçən Oktay Qara oğlu Əliyev olmadığı qeyd edilməsinə baxmayaraq bu şəxslər artıq məqsədlərini digər tərəfin xeyrinə həl etməyə cəhd etmək qərarına gəliblər. Belə ki, A.Əliyeva ilə telefon əlaqəsi yaradan Oktay Qara oğlu Əliyev onu israrla «Azərbaycan» Nəşriyyatına dəvət edib. Həmçinin qeyd edək ki, Arifə xanımın verdiyi ifadəyə görə, hadisədən bir gün əvvəl O.Q.Əliyevin əmisi oğlu Əli telefon açaraq onu ölümlə hədələyib. Və saytda dərc edilən məqalənin dərhal silinməsini tələb edib. Tələbinə boyun əyməyən xanım jurnalisti bu səfər Oktay görüşə dəvət edib. Oktaya əmisi oğlunun ölümlə hədələdiyin dedikdə O, bildirib ki, Əlini RTŞ müdiri B.Nağıyevin göndərdiyin qeyd edib. Göndərmə məsələsinə gəldikdə isə Əli adlı şəxsin kantuziyalı olması onun hərəkətlərinə hüquqi baxımdan tədbir görülə bilməyəcəyi hesab edilmişdir. A.Əliyeva görüş yeri olaraq «Azərbaycan» Nəşriyyatına daxil olduqda onu məhz Oktay Əliyev deyil, onun əmisi oğlu Əli “Gündəm Xəbər” qəzetinin redaksiyasında qarşılayıb. Dünən ki, hərəkətinə görə üzr istəyəcəyini amma yazdığı yazıya görə, onu R.Yediyarovun ayağını öpdürəcəyini qeyd etməsi ilə geniş vüsət alıb. Bu söhbət daha da dərinləşərək sonda Əli adlı şəxsin Arifə Əliyevaya soyuq silah çəkməsi, öldürmək hədəsinə polislərin müdaxiləsi ilə xəsarətsiz sona çatıb. Baş vermiş hadisədən şoka düşən baş redaktor Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edib. Ölümlə hədələndiyini qeyd edən jurnalist xanımın şikayətinə dərhal reaksiya verən, Yasamal rayon 28-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəlib. Polis bölməsinə aparılan Oktay Qara oğlu Əliyev əməkdaşımızın iştirakı zamanı bildirdiyinə görə, Əli adlı şəxsin jurnalistə təzyiq etməsi üçün məhz RTŞ müdiri Baxış Nağıyev tərəfindən göndərilib. Bunu hardan bildiyin sual etdikdə isə o qeyd edib ki, Əli bir gün öncə onunla görüşərkən söyləyib. Müşahidə edilən epizodlardanda bəlli olur ki, məhz jurnalist görüşə planlı şəkildə dəvət edilərək xəbər portalında dərc etdiyi yazıya görə təqib edilməkdədir. Özlərinə sonda haqq qazandırmağa çalışan O.Əliyev qeyd edir ki, saytda dərc edilən ada görə Gədəbəy rayonunda “demaqoq” kimi tanınmaq istəmir. Həmçinində Əlinin Baxış müəllim tərəfindən göndərildiyini də dəfələrlə qeyd etdi.

Qeyd edək ki, B.Nağıyev 2013-cü ilin oktyabr ayından etibarən Gədəbəy RTŞ-nin müdiri vəzifəsində işləyir.
Mövzu diqqətimizdədir.

Bakunews.az