Bu gün Türkiyədə növbəti bələdiyyə seçkiləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, Türkiyə Ali Seçki Komissiyasının qərarına əsasən, səsvermə ölkənin şərq və cənub-şərq bölgələri daxil olmaqla, 31 vilayətdə yerli vaxtla saat 07.00-dan 16.00-dək, digər bölgələrdə isə saat 08.00-dan 17.00-dək davam edəcək.
“Anadolu” agentliyi səsvermə prosesi ilə bağlı məlumatları 13 dildə 2500 xarici və yerli kütləvi informasiya vasitəsi ilə yayacaq.
u gün eyni zamanda Ukraynada prezident seçkiləri keçiriləcək. Seçkilərlə bağlı Ukrayna Təhlükəsizlik Xidməti martın 30-dan gücləndirilmiş iş rejiminə keçib. “Alfa” qrupu Ukrayna şəhərlərinin küçələrini, vağzallarını, aeroportlarını mühafizə edəcək.
Xatırladaq ki, Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Beş nəfər sonradan namizədliyini geri götürüb. Seçki bülletenlərində 39 namizədin adı qeyd olunub.
Ukraynadakı seçikləri müşahidə edəcək parlamentarilər arasında azərbaycanlı millət vəkilləri də var. Bunlar Naqif Həmzəyev, Azər Kərimli və Rüfət Quliyevdir.