Avtobus estakadadan aşdı: Ölən və yaralananlar var

Avtobus estakadadan aşdı: Ölən və yaralananlar var












Varşavada şəhərdaxili avtobus estakadadan düşüb. Çoxsaylı ölən və yaralananlar var.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
İlkin məlumatlara görə, azı iki nəfər ölüb, 27 nəfər yaralanıb.
Qurbanların sayının arta biləcəyi istisna edilmir. Altı yaralının vəziyyəti ağır qiymətləndirilir.
Qəzanın səbəbləri məlum deyil. Hazırda hadisə yerində polşalı xilasedicilər çalışır.