Aviaşirkət rəhbəri təyyarə qəzasında həlak olub - VİDEO

Ölənlər arasında Natalya Filyovanın atası da var

Rusiyanın S7 aviaşirkətinin rəhbəri Natalya Filyova Almaniyada baş verən təyyarə qəzasında həlak olub. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Frankfurtda baş verib. Yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub. Ölənlərdən biri heyət üzvü, digərləri sərnişinlərdir. Onlardan üçü Rusiya vətəndaşlarıdır. Ölənlər arasında Natalya Filyovanın atası da var.