İmişlidə avtomobil kanala aşdı, bir ailənin beş üzvü öldü - YENİLƏNİB

Imişlidə avtomobilin kanala düşməsi nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib.


Oxu.Az xəbər verir ki, bunlar İmişli şəhərinin sakinləri,1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, 1967-ci il təvəllüdlü Məmmədova Mərziyə Əmiraslan qızı, 1991-ci iltəvəllüdlü Məmmədov Elnur Etibar oğlu, 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı və əslən İmişlidən olub Bakıda yaşayan 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğludur.

07:40

İmişlidə gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Əliqulular kənd ərazisində baş verib.

İlkin məlumata görə, minik avtomobili idarəetməni itirərək kanala aşıb.

Qəza nəticəsində beş nəfərin öldüyü bildirilir.

Hazırda ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma davam etdirilir.