Çox hörmətli Anaxeber.info saytı
Şirvan şəhər YPX əməkdaşları tərəfindən üzləşdiyimiz haqsızlığı əks etdirən materialı və video
Müraciəti saytınız vasitəsilə işıqlandırmağınızı rica edirəm.
Şirvan şəhər Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən təqibə məruz qalmış və nəticədə həyatını itirmiş Azər Şamiyevin anası Kifayət Şamiyeva ölkə prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Daxili İşlər naziri Ramil Üsubova video müraciət edib.
Müraciətdə bildirilir:
Hörmətli ölkə rəhbərliyi, sizə müraciət edərək bildirirəm ki,oğlum Azər Fərəməz oğlu Şamiyev Şirvan YPX-nin üç əməkdaşı: Nazim Mirzəyev, Sadiq və Aqil tərəfindən ardıcıl şəkildə təzyiqlərə məruz qalmışdır. Sonda 12 yanvar 2019-cu il tarixində oğlum 54 BH 327 nömrəli avtomaşını idarə edərkən ondan rüşvət almaqdan ötrü təqib etmişlər. Azğınlaşmış yol polisləri süni şəkildə qəzalı vəziyyət yaradaraq oğlumun ölümcül yaralanmasına, sonda isə ölümünə səbəb olublar.
Əgər oğlumun bu hadisədə hansısa şəkildə günahkar olduğunu bilsəydim, ilk olaraq özüm onun ölkəmizin qanunları qarşısında cavab verməsini tələb edərdim. Lakin mənim oğlum şərəfli həyat sürüb,kasıblıqla ailəsini dolandırıb.
Nəticədə mərhum Azərin 4 övladı yetim qaldı.
Şirvan polis şöbəsi və prokurorluğu cinayət faktına birtərəfli yanaşaraq polislərə haqq qazandırdılar. Hətta Şirvan şəhər Polis Şöbəsinin müstəntiqi Əhməd Baloğlanov qəza zamanı mərhumun maşınına çırpılmiş 99KM 173 markalı avtomobilin sahibi Əşrəfi qorxuzaraq beş min manat rüşvət müqabilində işi bağlayacağını bildirmişdir.
Qısası, Əhməd Balığlanov bütün mümkün səylərindən istifadə edərək günhkar polislərə bəraət qazandırdı.
Yol polisləri oğlumun ölümündə nəinki özlərini günahkar bilmiş, hətta məsuliyyətdən yayınmaq üçün hadisə zamanı oğlumun yanında olmuş əsgərlik dostu Atakişiyə açıq hədə-qorxu gələrək şahid ifadəsindən imtina etməyi tələb etmişlər.Hədələr artıq geniş xarakter almaqdadır və onlar Şamiyevlər ailəsinə qənim kəsilərək oğlum Akifə kinayəli şəkildə ilişir, maşınını heç bir səbəb olmadan saxladaraq təzyiqlərə məruz qoyurlar.
Cənab prezident, hörmətli vitse-prezident, sizdən məsələnin nəzarətinizə almağı və günahkarların cəzalandırılmasını sonsuz dərəcədə rica edirəm.
Şirvan şəhəri, Şamiyevlər ailəsi
Anaxeber.info