Zimbabve prezidentinin oğlu Çatunqa Bellarmin Muqabe öz ad günü zamanı iki şüşə şampanı qol saatının üstünə töküb.
AzBaku/info-nun xəbərinə görə, Bellarmin bunu Snapchat-da canlı yayımda göstərib.
Çəkiliş yerli gecə klublarının birindən aparılıb. Daily Mail nəşrinin məlumatına əsasən hər şüşənin qiyməti 350 dollar, brilyantla bəzədilmiş saatın qiyməti isə ən azı 60 min dollardır.
Bundan əvvəl ölkə prezidenti Muqabenin 93 illiyinə iki milyon dollar xərcləməsi barədə məlumatlar yayılıb.
Dünya Bankının 2017-ci ilə olan hesabatına əsasən, Zimbabve dünyanın ən kasıb dövlətlərindən biridir. Burada əhalinin 68%-i “Index Mundi”nin yoxsulluq səviyyəsindən də aşağıda yaşayır.