Eldar Əzizov Bakı Şəhər İcra başçısı təyin edildikdən sonra ilk işi bu qurumda islahatlar apararaq sabiq mer Hacıbala Abutalıbovun kadrlarını işdən çıxartmaq oldu. Bakı meri xələfinin bir çox adamlarını işdən çıxartsa da hələ də BŞİH-də yerini bərkitmiş keçmiş korrupsioner kadrlar qalmaqda davam edir.
Belə məmurlardan biri də adı ölkə mətbuatında meriyanın makleri Hacı Ramiz kimi hallandırılan Ramiz Quliyevdir. Bakı Şəhər İcra Hakimiyyətindən etibarlı mənbənin Anaxeber.info-a verdiyi məlumata görə Eldar Əzizov BŞİH-də fəaliyyət göstərən İqsadiyyat Komitəsini ləvğ etdikdən sonra Ramiz Quliyev “hava”da qalıb.
Belə ki, “meriyanın makleri” Ramiz Quliyev Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən İqsadiyyat Komitəsində məsul vəifə daşıyırdı. İnformasiya mənbəmiz iddia edir ki, Ramiz Quliyev “hava”da qalmağına baxmayaraq yenədə köhnə ampulasında işlərini davam etdirərək, yenə də torpaq sənədləşdirmələri, ev tikmək üçün icazə və sair işlərdə fəallığını davam etdirir.
Məlumata görə Ramiz Quliyev nüfuzlu dostlarının vasitəsi ilə Eldar Əzizovun ətrafındakı şəxslərdən biri ilə yaxşı münasibət yaratmaqla maklerlik işini davam etdirir. Çox güman ki, “Hacı Ramiz torpaq sənədləşməsi və ev, obyekt tikmək üçün icazələridə merin ətrafındakı nüfuzli şəxsin əli həll edir” deyə mənbəmiz bildirir.
Qeyd edək ki, Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığı 17 il ərzində minlərlə qanunsuz tikinti üçün sərəncam verib. Bu sərəncamların hamısının araşdırmaq sadəcə imakn xaricindədir. Maraqlıdır ki, uzun illər boyu Bakı Şəhər İcra Hakimiyyətində qeyri rəsmi olaraq “sərəncam maklerləri” də çalışıb.
Bu “sərəncam maklerləri”nin işi bələdiyyələr və Bakı rayonlarının icra başçılarının qanunsuz olarq satdıqları torpaqlara BŞİH-nin sərəncamını təşkil etmək olub. Sərəncamların isə “qiyməti” heç də ucuz olmayıb. Bu qiymətlər minimum 50 mindən yarım, hətta 1 milyona qədər yüksəlib. Qiymətlər bir qayda olaraq ərazinin yerinə görə müəyyən edilib.
“Sərəncam maklerləri”nin özlərinə və Hacıbala Abutalıbova gətirdikləri qeyri-rəsmi gəlirlər isə milyardlara ölçülüb. Pia.az-ın məsələ ilə bağlı apardığı araşdırma nəticəsində məlum olub ki, Hacıbala Abutalıbovun “sərəncam maklerləri” arasında ən tanınmışı hər kəsin Hacı Ramiz olaraq çağırdığı Ramiz Quliyev olub. Xatırladaq ki, Hacı Ramizin adı dəfələrlə dələduzluqla bağlı məhkəmə prosseslərində də hallanıb.
Eyni zamanda Anaxeber.info olaraq bildirək ki, Hacı Ramizin adı daha əvvələrdə mətbuatda hallansa da, onun BŞİH-də hansı vəzifəni daşıdığı bilinmirdi. Hətta bəzi media orqanları onu BŞİH-nin Ticarət və Xidmət Departamentinin direktoru Ramiz Hacıyevlə də səhv salanlar olub.
Bakı Şəhər İcra Hakimiyyətindəki etibarlı mənbənin Anaxeber.info-a verdiyi ilginc məlumatlar əsasında makler Hacı Ramizin kimliyi ortaya çıxıb. Saytımıza verilən məlumatlara əsasən Hacı Ramiz kimi tanınan şəxs Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi Ramiz Quliyevdir.
Uzun müddətdən bəri meriyanın aparatında məsul şəxs kimi çalışan Ramiz Quliyevin əsas işi paytaxt rayonlarında əldə edilmiş torpaq sahələrinə icazə sənədinin verilməsi olub. Həmin torpaq sahələrinə verilən sənədlərin əksəriyyətinin isə qanunsuz olduğu deyilir.
Bildirək ki, Hacı Ramiz kimi tanınan Ramiz Quliyevin adı ilk dəfə altı il bundan öncə Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı qalmaqalda hallanıb. Həmin qalmaqalda uzun müddət Naxçıvan Ali Məclisinin deputatı olan və sonra ölkəmizi tərk edərək dolanışıq üçün Ukraynaya gedən sahibkar Nəsullah Bayramovdan topraq sənədi üçün alınmış 58 min dollardan bəhs edilirdi. Zərəçəkmiş mətbuata verdiyi açıqlamada iddia edirdi ki, “Bakı Şəhər İcra Hakimiyyətinin işlər müdirinə Hacı Ramiz adlı şəxsin vasitəsi ilə rüşvət vermişəm”.
Bununla bağlı Anaxeber.info-a danışan mənbənin sözlərinə görə, Ramiz Quliyev dəfələrlə Binəqədi rayon icra hakimiyyətinin keçirtdiyi hesabatlarda Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi kimi iştirak edib. Və Ramiz Quliyevin həmin tədbirdə iştirak etməsi ilə bağlı Binəqədi İcra Hakimiyyətinin saytında və internet mediada məlumatlara mövcuddur.
Hacı Ramiz kimi tanınan Ramiz Quliyevin əsas maklerliyi Binəqədi rayonu ərazisində olub. Çünki sabiq icra başçısı Xaləddin İsgəndərovla əlaqələr quran Ramiz Quliyev bu rayonda yüzlərlə torpaq səhəsinə icazə sənədi alıb. Ramiz Quliyev sənədləşmə işindən başqa ev tikən vətəndaşlara icra hakimiyyətindən verilən qeyri rəsmi icazə işlərini də görüb.
Məlumatda qeyd edilir ki, Hacı Ramiz paytaxt rayonlarının demək olar əksəriyyətində bu cür işlərlə məşğul olaraq yaxşı gəlirlə əldə edib. İcra Hakimiyyətinin məsul işçisi sənədsiz torpaqlarda ev tikmək üçün verilən icazə üçün aldığı rüşvətin böyük bir hissəsini isə onu formal olaraq vəzifəyə qoyanlara verib. Anaxeber.info-a danışan başqa bir mənbə isə iddia edib ki, Bakıda qanunsuz tikililərin həyata keçirilməsində müstəsna rola sahib olan Hacı Ramiz və havadarlarının əsas qazancı 2010-2015 ci illərdə paytaxın bir çox rayonlarında tikinti aparan şirkətlərin sənədlərinin rəsmləşdirilməsi prosseslərində baş verib.
Məhz həmin illər Ramiz Quliyev və havadarları Abutalıbovun “sərəncamlarını” satmaqla on milyonlarla manat qazanc əldə ediblər. Məhz bu illərdə də dəfələrlə ölkə prezidentinin açıq xəbərdarlıqlarına baxmayaraq Bakıda yaşılııqların kütləvi şəkildə məhv edilməsi baş verib.
Bundan başqa qanunsuz tikinti aparan şirkətlər yaşıllığı yaşıllığı məhv ediblər, eyni zamanda Bakının Baş planının ciddi şəkildə pozmaqla yanaşı, faktiki olaraq Bakının kanalizasiya sistemini də məhv ediblər. Həmin ərəfədə havadarlarına xeyli sənədləşmə işləri gətirən Hacı Ramizin də böyük pullar qazandığı deyilir.
İnformsiya mənbəmiz bildirir ki, Bakı şəhər İcra Hakimiyyətində yaradılan komisiya məsul işçis Ramiz Quliyevin “işləri ilə” araşdırmalara başlayıb və bu araşdırmaların nəticəsində ölkə miqyasında ciddi “hadisələrin baş verməsi istisna olunmur. Qeyd edək ki, hazırda Bakı şəhər İcra Hakimiyyətində “təmizləmə işləri” aparan Eldar Əzizovun meriyadakı rüşvət komandasını sıradan çıxartmaqda israrlı olduğu görünür.