Putin və İlham Əliyev Pekində görüşdü

Rusiya prezidenti Vladimir Putin ilə Azərbaycan prezidenti İlham Əliyevin Pekində görüşü keçirilib.


“RİA Novosti” xəbər verir ki, Putin görüş zamanı Rusiya-Azərbaycan-İran üçtərəfli sammitinin bu ilin avqustunda Rusiyada keçiriləcəyini bildirib.

“Biz Rusiya-Azərbaycan-İran üçtərəfli sammitinin bu ilin avqustunda Rusiyada keçirilməsi ilə bağlı razılığa gəlmişik”, - Putin bildirib.

O qeyd edib ki, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 14% artaraq, 2,5 milyard dollara çatıb.