Azərbaycanda qəbiristanlıqda DƏHŞƏTLİ HADİSƏ - ÖLƏN VAR

Quba rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, rayonun Timirzayev qəsəbəsinin qəbiristanlığında 1980-ci il təvəllüdlü Xeyrullayev Fikrət Sevindik oğlu qəbir yeri düzəldərkən yıxılıb. Onun başı digər qəbirin üstündəki sinə daşına çırpılıb. Ağır xəsarət alan 39 yaşlı kişi xəstəxanaya yerləşdirilib və orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.