Yasamal rayonunda baş verən yol qəzası zamanı 4 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, hadisə metronun 20 Yanvar stansiyasının yaxınlığında qeydə alınıb.
Cavid Əliyevin idarə etdiyi “99 SG 264” dövlət nömrə nişanlı “Opel” markalı avtomobil dönmə əməliyyatı yerinə yetirmək istəyərkən Vüsal Məmmədovun idarə etdiyi “90 UP 171” dövlət qeydiyyatlı “VAZ 2107” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “VAZ 2107”-də olan 3 sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.