Türkiyədə 470 metr dərinlikdə isti su fontan vurub

Türkiyənin Bitlis vilayətinin Tatvan rayonu ərazisində 470 metr dərinlikdən 60 dərəcə temperaturda isti su fontan vurub.


DogruXeber.az AZƏRTAC-a istinadən bildirir ki, mineral tərkibli suyun mənbəyi 9 il ərzində bölgədə aparılan karbohidrogen ehtiyatlarının kəşfiyyatı zamanı aşkar edilib. Hələlik, rəsmi mənbələr tapılan isti su ehtiyatından hansı məqsədlər üçün istifadə edilə biləcəyini açıqlamayıblar. İstisna edilmir ki, bu su müalicəvi tərkibə malikdir.