Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, 2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı “Mercedes S-400” model avtomobilin Azərbaycanda ortalama bazar qiyməti 90-100 min dollardır.
Maşının 2019-cu il buraxılışının qiyməti isə Bakıda 230 min dollara satılır.
Xanım rektorun maşınının isə xüsusi yığılmış avtomobil olduğu və əvvəlki sahibinə 250 min dollara başa gəldiyi bildirilir.
Qeyd edək ki, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N. Əliyeva artıq bir neçə aydır, bu bahalı maşından istifadə edir.
Avtomobilin fotosunu təqdim edirik: