SDU-nun əməkdaşları ERASMUS+EQAC layihəsi çəriçivəsində Alikante Universitetində təlimlərdə iştirak etdilər

İyunun 3-dən 7-dək universitetimizin əməkdaşları Alikante Universitetində Avropa Kommissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC “Azərbaycan universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çəriçivəsində təlimlərdə iştirak etdilər. Təlimdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, 11 Azərbaycan tərəfdaş universitetləri və 4 Avropa tərəfdaş universitetlərin nümayəndələri təmsil olunurlar. Təlim moderatorları Middlesex Universitetinin (İngiltərə) alimləri George Douflas, Sue Bayley, Ruth Carter, Alikante Universitetinin (İspaniya) alimləri Denise Galvin və Gillermo Bernabeu, Royal Texnologiya Universitetinin alimi Viktor Kordas tərəfindən aparıldı.
Təlim universitetlərin Avropa Standatrlarına uyğun SWOT təhlinin aparılması, tədris proqramlarının yazılması, İspaniyanın Milli Keyfiyyət təminatı sistemi və təcrübəsi, effektiv qiymətləndirmə, universitetlərin əsas fəaliyyət indiqatorları (göstəriciləri), innovativ tədris-təlim və akreditasiya mövzularına həsr edilmişdir. Təlimlər qrup işi, müzakirə və təqdimatlarla aparıldı.
Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti tərəfindən təlimlərdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynura Yəhyayeva, Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova və Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının laborantı Nihad Hüseynov iştirak etdilər.
AzBaku.org