Reyn çayından (Almaniya) “Romania Got Talent” (Romanii Au Talent) şousunda məşhurlaşmış rumıniyalı akrobat-rəqqasə Alla Kliştanın meyiti tapılıb.
Bu haqda “Fashion Behind The Scene” nəşri yazır.
Meyiti Baden-Vuttenburq şəhərində təsadüfən yoldan keçən iki şəxs aşkarlayıb və bu barədə polisə xəbər verib. Növbəti gün yerli hüquq-mühafizə orqanları əməkdaşları əsas şübhəli qismində onun keçmiş sevgilisini həbs edib.
33 yaşlı akrobat aprel ayından itkin düşmüşdü. O, Frankfurtda qala-gecədə çıxış etməli olsa da, həmin vaxtdan bəri ondan xəbər-ətər olmayıb.
Freyburq şəhər prokurorluğu əsas versiya kimi onun qətl qurbanı olmasını nəzərdən keçirir.
Müstəntiqlər akrobatın çayda boğulmadığına əmindir. Qurbanın qohumları ilə aparılan sorğu-sual nəticəsində məlum olub ki, cütlüyün münasibətlərində son vaxtlar ciddi problemlər yaşanırmış. Onlar artıq birgə yaşamasalar da, münasibətlərini davam etdirirmişlər.
İstintaq davam edir.