UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqasının qalibi müəyyənləşib.
“Dördlər finalı”nın ev sahibi Portuqaliya yığması finalda Hollandiyaya qalib gəlib - 1:0.
Yeganə qolu 60-cı dəqiqədə Qonsalu Quedeş vurub.
Bu, Ronaldu və Portuqaliya millisinin əksər futbolçuları üçün üç ilə ikinci mühum tituldur.
Qeyd edək ki, bürünc medallara penaltilər seriyasında İsveçrəni 6:5 hesabı ilə yenən İngiltərə sahib olub.