r

Deputat Salayevin “fərasətli” oğulları tikinti biznesindən çörək zavoduna kimi

Bu da Hacı Salayevin “fərasətli” oğulları. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hacı Salayevin biznesi.Bunu araşdrmaçı jurnalist Cavanşir Həsənli öz hesabnda yazb:

Jurnalist yazıb ki,Cənab Salayevin oğulları da tikinti biznesinə maraq göstərirlər. Deputatın oğlu, “AzerGold” QSC-nin Streteji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayev İstanbulun Beşiktaş səmtində fəaliyyət göstərən ALLİANCE CAPİTAL İNŞAAT TELEKOMMUNİKASİON SANAYİ ve TİCARET LİMİTED Şirkətinə sahibdir. Şirkət 2012-ci ilin iyunun 16-da İstanbul Ticaret Odasında 500 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Sərmayənin 475 min lirəsi Kənan Salayevə, qalan 25 min lirəsi ortağı Mustafa Cevleyan adlı iş adamına aiddir. Şirkəti hınıslı Mustafa Cevleyan idarə edir.
Şirkət yaşayış binaları, iş və ticarət mərkəzlərinin tikintisi və satışı ilə məşğul olur.
Şirkət İstanbulun Beşiktaş səmtində, Akat Məhəlləsində Ebulula Mardin küçəsi Mermerler St. D.Bl. N. 8/3 ünvanında yerləşir.
Deputatın digər oğlu Turqut Salayev də 2017-ci ilin 24 avqustundan İstanbulda şirkət sahibidir. Onun İstanbul Ticaret Odasında 50 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi Teks Group İnşaat Sanayi Ve Ticaret Anonim Şirkəti də tikinti sahəsində fəaliyyət göstərir, ofisi Göktürk Merkez Mh.Panayır Çayırı Cd.N.4 A5/1 Eyüp ünvanında yerləşir.
Hacı Salayev əvvəllər Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə, Hərbi Əks-Kəşfiyyat Xidmətində və Milli Təhlükəsizlik Nazirliyində çalışıb, ehtiyatda olan polkovnikdir. Mətbuatın yazdığına görə qalmaqallı keçmişi olub, çörək zavodu var, Lake Palace Hotel ona məxsusdur.
Ölkə qanunvericiliyinin dövlət məmuralarına, Milli Məclisin deputatlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qəti qadağan etməsinə baxmayaraq, görünür, cənab Salayev də digər həmkarları kimi qanunların əhatə dairəsindən kənardadır.