Azərbaycanda xüsusi karantin rejiminin müddəti ilə bağlı YENİ QƏRAR


Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. 
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 
Qərara əsasən, xüsusi karantin rejiminin müddəti 1 may tarixinədək uzadılıb.
Qeyd edək ki, ölkədə xüsusi karantin rejiminin müddəti 1 martda başa çatırdı.