Beyləqanda başçıdan xəbərsiz talan... - İDDİA

Beyləqanın icra başçısı Asif Ağayevin sələfi Vaqif Abdullayevin yaxın dostu və ortağı Vüqar Aslanovla işləməsi rayonda hər kəsin marağına səbəb olub. Çünki Vüqar Aslanovun nəzarətindəki “Veteks 2017” MMC şirkəti uzun illər Beyləqan şəhərinin abadlaşdırılması üçün keçirilən tenderlərin qalibi olub. Şirkətin həyata keçirtdiyi tenderlərdə Vaqif Abdullayevlə birgə külli miqdarda yeyintilərə yol verməsi ilə bağlı ölkə mətbuatında kifayət qədər məlumatlar tirajlanıb.


Məhz bu məsələlərdən sonra Asif Ağayevin yenidən Vüqar Aslanovla iş birliyinə getməsi hər kəsi çaşırdıb. Azeuronews.com-a daxil olan məlumata görə Beyləqan icra hakimiyyətinin tenderlərini Vüqar Aslanovun şirkətinə verilməsində “əməyi”olan şəxslərdən biri rayon Maliyyə idarəsinin müdiri İslam Allahverdiyevdir. İş adamı ilə icra başçısının arasında vasitəçinin məhz maliyyə idarəsi müdirinin olduğu qeyd edilir.

Məlumatda hazırda Beyləqan icra hakimiyyətinin tenderlərini Vüqar Aslanovun qohumu və dostu vergi işçisi Mahir Qarayevin qaynı Sadıqov Ramiz Musa oğlunun adına olan şirkətin həyata keçirtidyi bildirilir. Həyata keçirilən tenderlərdə isə istifadə olunan mal-matrealların qiymətlərinin şişirdildiyi və Asif Ağayevin aldadıldığı iddia edilir.

Məlumatda qeyd edilir ki, həftədə bir dəfə Vüqar Aslanovla İslam Allahverdiyev görüşərək tender işlərini hesablayıb, vəsaitlərin bölüşdürülməsi ilə məşğul olurlar. İslam Allahverdeiyevin Vüqar Aslanovla işbirliyinə gedərək görülən işlərin qiymətlərini qaldıraraq büdcədən ayrılan vəsaitləri mənimsədikləri qeyd edilir. \\AzEuroNews.com\\