"Bulvarda yeni attraksionlar quraşdırılacaq”. Bu barədə BakuPost-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat katibi Günay Yelmarqızı məlumat verib.
Onun sözlərinə görə, məsələ hazırlıq mərhələsindədir: "Yeni attraksionların gətirilməsilə bağlı iş aparılır”.
Mətbuat katibi 2019-ci ildə Dənizkənarı Milli Parkda bir sıra yeniliklərin həyata keçirildiyini deyib: "Bulvarın ərazisində mövsümi çiçəklər və kollardan ibarət yeni kompozisiyalar yaradılıb. 60-cı illərin əfsanəsi sayılan "Mirvari” kafesində təmir-bərpa işlərinə start verilib. Yaxın zamanlarda kafe sakinlərin ixtiyarına veriləcək”.